Məhsul qiymətlərində hansı dəyişikliklər olub? – “Veysəloğlu”dan aylıq AÇIQLAMA

Məhsul qiymətlərində hansı dəyişikliklər olub? – “Veysəloğlu”dan aylıq AÇIQLAMA
# 07 iyun 2022 11:10 (UTC +04:00)

Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il may ayının qiymət indeksini açıqlayıb.

"APA-Economics" xəbər verir ki, “Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin may ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin may ayına nisbətən 17,6% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin may ayına nisbətən 21,7% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 17,1% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 4,9% artım izlənilib. Qeyd edək ki, indeks inflyasiyanın göstəricisi deyil.

İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 110,6% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 10,6% qiymət artımı müşahidə olunub. “Veysəloğlu Pərakəndə İndeksi” müştərilərə aylıq məhsul alışı üçün büdcə planlamalarında dəstək məqsədini daşıyır.

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. VŞQ və ona aid şirkətlər üçün qida təhlükəsizliyi və ərzaq təminatının davamlılığı əsas vəzifələrdəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR