Mikayıl Cabbarov Azərbaycanın ÜTT-yə üzvlüyünü dəyərləndirib 

Mikayıl Cabbarov Azərbaycanın ÜTT-yə üzvlüyünü dəyərləndirib 
# 17 may 2022 13:17 (UTC +04:00)

İqtisadiyyat nazir Mikayıl Cabbarov Azərbaycancanın Ümumdünya Ticarət Təşkilatına tamhüquqlu üzv kimi qoşulacağını dəyərləndirib.

"APA-Economics" xəbər verir ki, o, Azərbaycan-Avropa İttifaqı Biznes Forumunda qeyd olunan məsələyə dair suala cavab olaraq bildirib ki, beynəlxalq və dünya ticarət sistemi ənənəvi konyukturadan fərqli bir təkamülə keçməkdədir.

"Növbəti onilliklər ərzində onun əsas elementlərindən biri regionlaşma və qloballaşmadır. Bu, o demək deyil ki, azad ticarət ideyası köhnələcək. Dəyərlər bəlkə də dəyişəcək. Bu, o demək deyil ki, Azərbaycan və yaxud digər hansısa ölkələr ÜTT-nin üzvü olmaqla kənarda qalacaqlar",- deyə nazir qeyd edib.

Nazir Azərbaycanın hələ də bu təşkilata üzvlülüyünün olmadığının səbəbini ölkənin hələ də institusional mədəniyyətin, standartlara riayət ənənəsini, rəqabət, mal və xidmətlərdə sərbəst ticarətin olmasını önə çəkib.

"Bunlar hamısı ecosistemdə nəticə etibarı ilə milli iqtisadiyyatın iqtisadiyyatda dəstəklənəcəyinə, genişləndirilməsinə ehtiyac olacağı anlamına gəlir. Bunu etməyin yeganə yolu onlara riayət etməkdir. Sual yarana bilər ki, əgər belədirsə niyə biz hələ də ÜTT-yə üzv deyildik? Burada biz ÜTT-nin "qızıl qaydasına" qayıtmış oluruq. Bu isə ondan ibarətdir ki, nə qədər çox vaxt keçərsə və yaxud da ki, nə qədər ÜTT-də ölkələrin sayı çox olarsa, bir o qədər qəbul prosesi uzanır. Çünki artıq ÜTT-də olan ölkələr öz tələblərinin də nəzərə alınmasını tələb edirlər. Yəni başqa qəbul edilən ölkələrə xitabən, öz tələblərini irəli sürürlər. Bu da öz növbəsində gözləmə müddətini uzadır",- deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR