Mikayıl Cabbarov: Bu fəaliyyətin flaqmanı SOCAR olacaq

Mikayıl Cabbarov: Bu fəaliyyətin flaqmanı SOCAR olacaq
# 25 aprel 2022 12:25 (UTC +04:00)

Azərbaycan şirkətlərinin daha çox yerli istehsalçıların, yerli xidmət göstərən şirkətlərə köklənməsi imkan kimi dəyərləndirilir.

"APA-Economics" xəbər verir ki, bunu "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, yerli şirkətlər dedikdə söhbət kapitalın mənşəyi barədə getmir:

"Təbii olaraq üstünlük verərdik ki, bu milli kapital olsun. Amma bu birgə müəssisələr də ola bilər və bu sahədə də sirr deyil ki, bir çox hallarda bu imkanları reallaşdırmamışıq. Yaxın dövrlərdə bununla bağlı xüsusi bir təşəbbüsə start veriləcək. Bu fəaliyyətin flaqmanı dövlətin ən böyük şirkəti SOCAR olacaq. İnanıram ki, bu öz nəticəsini verəcək, yeni iş yerlərinin açılmasında, mövcud olan müəssisələrin genişləndirilməsində və yəqin ki, bu istiqamətdə satınalma prosedurlarına inzibatçılığı həyata keçirən orqan tərəfindən tələblər artmaqda davam edəcək"-, deyə Mikayıl Cabbarov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR