Mikayıl Cabbarov: Gələn il sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq

Mikayıl Cabbarov: Gələn il sahibkarların iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq
# 28 dekabr 2022 11:05 (UTC +04:00)

Gələn ilin yanvar ayında ölkədə və Naxçıvanda fəaliyyət göstərən qurumların, sahibkarların, Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsinin ofisinin iştirakı ilə Naxçıvanda böyük tədbir planlaşdırırıq.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Hədəfimiz budur ki, Naxçıvanda tam reallaşdıra bilmədiyimiz iqtisadi potensialı, insan potensialını, coğrafi potensialı, həm qardaş Türkiyə ilə olan coğrafi yaxınlığı, həm də eyni zamanda xüsusi ticarət tərəfdaşlığı rejimindən irəli gələn imkanları təbii olaraq sahibkarlıq mühitini aidiyyatı dövlət orqanlarımız ilə sahibkarlar arasında əlaqələrin daha səmərəli şəkildə artırılması istiqamətində diskussiyamızı keçirək. Bütün iş adamlarını bu tədbirə qatılmağa dəvət edirəm",- deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR