Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüşüb - YENİLƏNİB

Mikayıl Cabbarov Naxçıvanda sahibkarlarla görüşüb - YENİLƏNİB
# 07 fevral 2023 16:28 (UTC +04:00)

Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Naxçıvan şəhərindəki Biznes Mərkəzində sahibkarlarla görüşüb.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, görüş çərçivəsində iqtisadiyyatın müxtəlif sahələri üzrə sahibkarların qarşılaşdıqları məsələlər, biznes təmsilçilərinin fəaliyyəti ilə bağlı yaranan suallar, iqtisadi aktivliyin artırılması və yeni çağırışlar barədə müzakirələr aparılıb.

Bildirilib ki, Naxçıvanın iqtisadiyyatının inkişafı üçün bütün mövcud biznes mexanizmləri tətbiq ediləcək.

***

09.24

Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov Naxçıvan Muxtar Respublikasına gedib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, nazir bu gün Naxçıvan şəhərində yerləşən Biznes Mərkəzində sahibkarlarla görüş keçirəcək.

Görüşdə sahibkarların yeni təklifləri dinləniləcək, bu sahənin inkişafı istiqamətində görüləcək işlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR