Mikro, kiçik və orta sahibkarlığa dair koordinasiya qrupunun səlahiyyətləri müəyyənləşəcək

Mikro, kiçik və orta sahibkarlığa dair koordinasiya qrupunun səlahiyyətləri müəyyənləşəcək
# 26 yanvar 2023 15:33 (UTC +04:00)

Mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində koordinasiya qrupunun səlahiyyətləri müəyyənləşəcək.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən səlahiyyətli qurumun yanında daimi fəaliyyət göstərən koordinasiya qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında əsasnaməni Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda NK 6 ay müddətində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Həmçinin, hökumət 6 ay müddətində dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin həmin qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydalarını təsdiq etsin, qiymətləndirməni həyata keçirən qurumu müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR