Mustafa Abbasbəyli: "Şirkətlər bizə doğru vakansiya siyahısı təqdim etmir"

Mustafa Abbasbəyli: "Şirkətlər bizə doğru vakansiya siyahısı təqdim etmir"
# 25 may 2022 12:32 (UTC +04:00)

"Şirkətlər bizə doğru vakansiya siyahısı təqdim etmir. Çünki hazırda data bazası yoxdur. Eyni zamanda, şirkətlər dövlətə etibar etmirdi. Ancaq indi vəziyyət tam başqadır".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli deyib.

O bildirib ki, yeni yaradılan sistemlə artıq həm işçi axtaran, həm də iş axtaran görüşü təyin edilir.

Mustafa Abbasbəyli qeyd edib ki, "Əmək və Məşğulluq" altsistemi vasitəsilə insan faktoru olmadan proses həyata keçiriləcək: "İşəgötürənin düzgün kadra əlçatanlığı artacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR