Naxçıvanbank kollektivindən Türkiyəyə dəstək - FOTO

Naxçıvanbank kollektivindən Türkiyəyə dəstək - FOTO
# 12 fevral 2023 11:40 (UTC +04:00)

"Naxçıvanbank" Açıq Səhmdar Cəmiyyətinin kollektivi Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 500 nəfərlik müxtəlif zəruri ehtiyac və qida məhsullarından ibarət qutular hazırlayaraq yardım toplama məntəqəsinə təhvil verib.

Bankdan APA-ya bildirilib ki, qardaş Türkiyə Respublikasında baş verən faciəvi zəlzələnin ilk günlərindən Naxçıvanbankın bir çox əməkdaşı Türkiyəyə ianə köçürmələri həyata keçirmiş və yardımlar göndərmişdir. Kollektiv olaraq isə növbəti dəfə zərərçəkənlər üçün zəruri ehtiyac və qida məhsulları qutulara yığılaraq Naxçıvanda yerləşən yardım toplama məntəqəsindən Türkiyəyə yola salınmışdır. Həmçinin Naxçıvanbank tərəfindən Qardaş Türkiyəyə ianə köçürmələri üzrə komissiya haqqı da ləğv edilmişdir ki, bununla da müştərilərin ianələrini daha rahat, sürətli və komissiyasız həyata keçirməsi təmin olunmuşdur. Ümid edirik ki, Türkiyədə zəlzələdən qaynaqlanan bütün problemlər tezliklə aradan qalxacaq və zərərçəkənlərin həyat səviyəsi daha da yaxşılaşacaq. Naxçıvanbank olaraq bu istiqamətdə hər zaman Qardaş Türkiyə Respublikasının yanındayıq və dəstək olmağa davam edəcəyik. Zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa və ailələrinə səbr diləyirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR