Naxçıvanda ötən il ümumi daxili məhsul istehsalı 80,2 dəfə artıb

Naxçıvanda ötən il ümumi daxili məhsul istehsalı 80,2 dəfə artıb
# 25 aprel 2023 10:28 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasında (NMR) 2022-ci ildə ümumi daxili məhsul istehsalı 1994-cü illə müqayisədə 80,2 dəfə, sənaye məhsulunun həcmi 467,3 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,8 dəfə artıb. Sənaye müəssisələrinin sayı 400-ü ötüb, 300-dən çox məhsul istehsalına nail olunub.

NMR İqtisadiyyat Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, Naxçıvanda sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafına köməklik etmək, onlara maliyyə dəstəyi göstərmək və əhalinin məşğulluğunun təmin edilməsinə şərait yaratmaq məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu yaradılıb. Fondun vəsaitləri sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir. Güzəştli kreditlərdən daha səmərəli istifadə edilməsi məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. Ümumilikdə, 2000-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1799 layihə üzrə 183 milyon 535 min manat, o cümlədən 2022-ci ildə 141 layihə üzrə 7 milyon 184 min 600 manat həcmində güzəştli kredit verilib. Həmin vəsait sənaye, xidmət, kənd təsərrüfatı təyinatlı sahələrin maliyyələşdirilməsinə yönəldilib.

2002-2022-ci illər ərzində 50-dən çox ölkədə keçirilən 425 tədbirdə 2039 halda sahibkarlıq subyektlərinin 2184 nümayəndəsinin iştirakı təmin edilib.
Ümumi iqtisadi inkişafa təsir göstərən amillərdən biri də yüksəkkeyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsidir. Bu gün muxtar respublikada istehsal olunan bir sıra qida məhsulları, mineral sular, daş məhsulları, tikinti materialları, tütün məmulatları, mebel məhsulları 20-dək ölkəyə ixrac olunub.

Daha bir islahat tədbiri olaraq 2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilməsidir. Bu məqsədlə 2017-2020-ci illərdə üç şirkətə ixrac əməliyyatları üzrə 119.366 manat həcmində İxrac Təşviqi Sənədi verilib, 2016-2022-ci illər ərzində 18 sahibkarlıq subyektinin 24 layihəsinə verilən İnvestisiya Təşviqi Sənədi çərçivəsində idxal edilən 77.914.089 manat dəyərində avadanlıqlara gömrük və vergi güzəştləri tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR