Nazir: "Aqrobiznesin inkişafında dövlətin dəstəyi vacibdir"

İnam Kərimov

© APA | İnam Kərimov

# 28 sentyabr 2022 15:24 (UTC +04:00)

"Aqrobiznes"in inkişafında dövlətin dəstəyi və müxtəlif tədbirlərin həyata keçirilməsi vacibdir.

"APA-Economics" xəbər verir ki, bunu “Aqrobiznes - yeni imkanlar və müasir çağırışlar" mövzusunda ictimai müzakirə zamanı Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov bildirib.

Onun sözlərinə görə, dövlət tərəfindən "Aqrobiznes"in inkişafına dair tədbirlər çoxşaxəlidir.

Nazir bir sıra tədbirləri sadalayaraq onların vacibliyini qeyd edib. Vurğulayıb kı, dövlət tədbirləri ilə yanaşı, bir sıra cağırışlar da var, hansı ki, aqrobiznesin inkişafında faydalı ola bilər.

Nazir fermerlər üçün maliyə mənbələrinə çıxışın asanlaşdırılması məsələsinə də toxunub və bu sahədə dövlətin dəstək tədbirlərinin əlçatan olmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, ictimai müzakirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR