Nazir: "Bu il Azərbaycanda qeyri-neft ÜDM-i 3,4% artacaq"

Nazir: "Bu il Azərbaycanda qeyri-neft ÜDM-i 3,4% artacaq"
# 16 sentyabr 2019 18:17 (UTC +04:00)

Bu ilin sonunda Azərbaycanda ÜDM 3,2%, qeyri-neft ÜDM-i isə 3,4% artacaq.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazirin sözlərinə görə, beynəlxalq təşkilatların proqnozları da müsbətdir.

"Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3%, Beynəlxalq Valyuta Fondu isə 3,4% artacağını proqnozlaşdırır", - deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, 2004-2018-ci illər ərzində ÜDM 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, strateji valyuta ehtiyatları isə 28 dəfə artıb.

"Cənubi Qafqazın ÜDM-ində Azərbaycanın payı 60%-dən çoxdur. Coğrafi-iqtisadi mövqe, böyük tranzit potensialı, nəhəng regional layihələr və əlverişli biznes mühiti kimi amillər xarici investisiyaların Azərbaycana cəlb olunmasına töhfə vermişdir", - deyə nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR