Niyazi Səfərov: “Kiçik və orta sahibkarlığın inkişafında nəzərəçarpacaq nəticələr əldə olunub”

Niyazi Səfərov

© APA | Niyazi Səfərov

# 29 sentyabr 2022 12:17 (UTC +04:00)

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatına daha çox dəstək olmasına şərait yaradacaq”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov deyib.

O bildirib ki, ölkəmizdə mənfi iqtisadi maliyyə təsirlərinin qarşısı alınır: “Dünyada gedən mənfi proseslərə baxmayaraq bunun ölkə iqtisadiyyatına təsirləri azaldılır. Ölkəmizdə daha güclü, dinamik iqtisadiyyatın inkişafı üçün işlər görülməkdədir. Tələbə yönəldilmiş iqtisadiyyata keçidə kiçik və orta sahibkarlıq subyektləri də ciddi təsir göstərə bilərlər”.

Niyazi Səfərov qeyd edib ki, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı nəzərəçarpacaq nəticələr əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR