Nazir müavini: "Qeyri-formal məşğulluqla mübarizə əmək müqavilələrinin sayını 30% artırıb"

Nazir müavini: "Qeyri-formal məşğulluqla mübarizə əmək müqavilələrinin sayını 30% artırıb"
# 17 noyabr 2022 12:56 (UTC +04:00)

Rəqəmsallaşma, qeyri-formal məşğulluqla mübarizə tədbirləri çərçivəsində ölkədə əmək müqavilələrin sayı 30% və ya 400 min artıb.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda İslam Əməkdaşlığı Gənclər Forumunun (ICYF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumunda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.

O bildirib ki, eyni zamanda tendensiya üzrə əmək haqqı fondu 2,2 dəfə artıb. Bu, ciddi şəkildə işləyən əhalinin sosial rifahının, aylıq gəlirlərinin artmasını şərtləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR