Nazir: Türkiyənin podratçı şirkətləri Azərbaycanda 15,5 mlrd. dollarlıq iş görüblər

Nazir: Türkiyənin podratçı şirkətləri Azərbaycanda 15,5 mlrd. dollarlıq iş görüblər
# 16 sentyabr 2019 17:58 (UTC +04:00)

Azərbaycanda podratçı qismində 300-ə yaxın layihədə iştirak edən Türkiyə şirkətləri tərəfindən 15,5 mlrd. ABŞ dolları həcmində iş görmüşdülər.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes forumunda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Onun sözlərinə görə, Azərbaycanın sənaye, tikinti, nəqliyyat, ticarət, kənd təsərrüfatı, xidmət sahələrində 3 mindən artıq Türkiyə kapitallı şirkət fəaliyyət göstərir ki, bu göstərici üzrə Türkiyə birinci yerdə qərarlaşıb.

"Bu, Azərbaycan dövləti tərəfindən bu şirkətlərə verilən dəstəyin, eləcə də Türkiyə şirkətlərinin ölkəmizdə özlərini rahat hiss etməsinin göstəricisidir", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR