Nazirlik subsidiyaların verilməsi sahəsində problemlərə münasibət bildirib

Nazirlik subsidiyaların verilməsi sahəsində problemlərə münasibət bildirib
# 26 yanvar 2023 12:26 (UTC +04:00)

“Artıq vahid əkin qaydaları tətbiq edilib”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında Kənd Təsərrüfatı Nazirliyinin Hüquq və icra intizamı şöbəsinin müdiri Nicat Əfəndiyev bildirib.

O deyib ki, hər hansı rayonda vahid əkin sahəsi elan olunacaq: “Burada torpağın suvarılması mərhələli şəkildə, eyni qaydada həyata keçiriləcək. Digər tərəfdən, torpaqları yenə yerli icra hakimiyyəti orqanları icarəyə verəcək. Sadəcə, bu, elektron qaydada həyata keçiriləcək və bu halda Kənd Təsərrüfatı Nazirliyi də rəy verəcək ”.

Nicat Əfəndiyev bildirib ki, subsidiyaların verilməsi ilə bağlı prosedur var və nazirlik bu prosedurdan kənara çıxa, səlahiyyətinə aid olmayan məsələlərə müdaxilə edə bilməz: “Nazirlik olaraq bu sahədə problemlər olan zaman müzakirəyə hazırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR