“Nizami City” Yaşayış Kompleksinin Satış Ofisi artıq fəaliyyətdədir - FOTO - VİDEO

“Nizami City” Yaşayış Kompleksinin Satış Ofisi artıq fəaliyyətdədir - FOTO  - VİDEO
# 01 iyul 2022 15:41 (UTC +04:00)

Yasamal rayonu, Nizami m.st yaxınlığında yerləşən ən gözəl layihələrdən biri olacaq “Nizami City” yaşayış kompleksi yaşam komfortunuz üçün Sizlərə bütün mövcud olan şəraiti yaratmaqdadır.

Strateji olaraq əlverişli ərazidə yerləşən kompleks metro, dayanacaq, məktəb, uşaq bağçaları, eləcə də ticarət obyektləri və parklarla əhatə olunub. 9 korpusdan ibarət kompleksdə 1, 2, 3 və 4 otaqlı mənzilləri istəyinizə uyğun olaraq təmirli və ya təmirsiz şəkildə əldə edə bilərsiniz.

Xüsusilə qeyd edək ki, planlama istəyinizə uyğun olaraq maneəsiz dəyişdirilə bilər. 2 mərtəbədən ibarət yeraltı, eləcə də yerüstü dayanacaq isə avtomobilinizi rahat şəkildə parklamanız üçündür. Kompleks yüksək texnologiyalar əsasında istehsal olunmuş yerli və xarici istehsalçılara məxsus materiallardan istifadə olunmaqla inşa edilir. Ekoloji təmiz rayonda yerləşən müasir layihəli binalar keramoqranit ilə üzlənmiş fasada, yanğın təhlükəsizliyi sistemi, 24 saat qorunan ərazi , yüksək tonnajlı su anbarı və generator, eyni zamanda uşaq oyun meydançası və istirahət zonalarıyla təchiz edilmiş qapalı həyətə malik olacaq.

Möhtəşəm yaşayış kompleksində Siz də sakin olmaq istəyirsinizsə satış ofisinə üz tutmanız kifayətdir.

Unutmayın, “Nizami City” xəyallarınızı gerçəkləşdirmək üçün xoşbəxtliyi inşa edir!
www.nizami-city.az
instagram: nizami.city
050 970 00 88
050 700 00 88

https://www.youtube.com/channel/UCy5x4S8tkeH_lXDWd70knBA

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR