NMR-də orta aylıq əməkhaqqı 9%-dən çox artıb

NMR-də orta aylıq əməkhaqqı 9%-dən çox artıb
# 23 may 2022 09:31 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 585,8 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Econonics"ə verilən məlumata görə, bu 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 9,2% çoxdur.
Xatırladaq ki, bu ilin yanvar-fevral ayında Muxtar Respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 559,6 manata bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR