Novosibirskdən Azərbaycana 12 ton dondurma tədarük ediləcək

Novosibirskdən Azərbaycana 12 ton dondurma tədarük ediləcək
# 05 may 2022 11:32 (UTC +04:00)

Aprelin son həftəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Novosibirsk vilayəti üzrə idarəsinin mütəxəssisləri bu il dondurmanın ilk ixrac partiyasına baytarlıq nəzarəti həyata keçiriblər.

APA-Economics” "Rosselxoznadzor"un yaydığı məlumata istinadən xəbər verir ki, 12 ton süd məhsulunun razılaşdırılmış baytarlıq şəhadətnaməsi blankı ilə birlikdə Azərbaycana göndərilməsi nəzərdə tutulub.
Novosibirsk istehsalçısı tərəfindən hazırlanan məhsul partiyasının idxalçı ölkənin tələblərinə cavab verdiyi bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR