Noyabrda Bakıda növbəti İnvestisiya Sammiti keçiriləcək

Noyabrda Bakıda növbəti İnvestisiya Sammiti keçiriləcək
# 24 iyun 2022 17:55 (UTC +04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu (ICYF) arasında bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

KOBİA-dan “APA-Economics”ə verilən məlumata görə, sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və ICYF prezidenti Taha Ayhan imzalayıblar.

Qeyd edək ki, 2021-ci ilin 27-29 oktyabr tarixlərində Bakıda Azərbaycan İnvestisiya və Mədəniyyət Sammiti keçirilib. İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, KOBİA və ICYF-in təşkilatçılığı ilə keçirilmiş tədbirdə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdən dövlət rəsmiləri, beynəlxalq təşkilatların və diplomatik korpusun təmsilçiləri, iş adamları, investorlar, startaplar, gənclər təşkilatları, ümumilikdə 20-dən çox ölkədən nümayəndələr iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR