Orxan Məmmədov: "Əczaçılıq sahəsində yerli istehsal idxaldan asılıdır"

Orxan Məmmədov: "Əczaçılıq sahəsində yerli istehsal idxaldan asılıdır"
# 01 iyul 2022 11:21 (UTC +04:00)

Sahibkarlarla keçirilən görüşlərdə, onlardan daxil olan müraciətlərdə bir sıra problemlər qaldırılıb.

"APA-Economics" xəbər verir ki, bunu "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyin idarə heyətinin sədri Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, bu problemlərdən biri əczaçılıq sahəsində yerli istehsalın idxaldan kəskin asılılığıdır.

"Pandemiyanın ilk dövrü ölkəmizin ən sadə tibb ləvazimatlarından necə asılı olduğunu göstərdi. İdxal olunan ləvazimatlara tətbiq edilən rüsumların yüksək olması xidmətlərin maya dəyərinin artmasına səbəb olur. Dərman vasitələrinin, tibbi avadanlıqların və digər preparatların ölkəyə idxalını əvəzləmək, yerli sahibkarlar tərəfindən bu cür məhsulların istehsalının stimullaşdırılması üçün zəruri dəstək tədbirlərinin həyata keçirilməsini zəruri hesab edirik. Bu sahənin elm və maliyyə tutumlu olduğunu nəzərə alaraq mütərəqqi PPP modellərinin tətbiqi, həmçinin güzəşt mexanizmlərinin hazırlanması təklif olunur",- deyə Orxan Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR