Orxan Məmmədov: "İnsan kapitalının davamlı inkişafı daha da təkmilləşəcək"

Orxan Məmmədov: "İnsan kapitalının davamlı inkişafı daha da təkmilləşəcək"
# 15 iyul 2022 17:11 (UTC +04:00)

“2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” sənəd layihəsində rəqabətli insan kapitalının formalaşdırılması üçün əsas fəaliyyətlər öz əksini tapıb.

"APA-Economics" xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin final mərhələsinin açılış mərasimində çıxış edərkən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov deyib.
Onun sözlərinə görə, sənəd layihəsi təsdiq edilkdən sonra müvafiq işlər icra olunacaq və nəticədə ölkədə insan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək.

"İnsan kapitalının inkişafı sahəsində əldə edilən uğurlar dövlətimizin ümumi inkişaf səviyyəsini, siyasi, iqtisadi potensialını müəyyənləşdirən vacib amillərdir. Bildiyiniz kimi, ölkəmiz postpandemiya və postmüharibə dövründə keyfiyyətcə yeni olan strateji inkişaf mərhələsinə daxil olub. Məhz bu tələblərdən irəli gələrək Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Adıçəkilən sənəddə reallaşıdırılmalı olan “rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı” beş Milli Prioritetdən biri kimi müəyyən edilib. Sənəddə göstərilir ki, strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir", - deyə Orxan Məmmədov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR