Orxan Məmmədov: “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun məşğulluğu artıracaq”

Orxan Məmmədov,  KOBİA İdarə Heyətinin sədri

© APA | Orxan Məmmədov, KOBİA İdarə Heyətinin sədri

# 29 sentyabr 2022 12:29 (UTC +04:00)

“Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsi olduqca əhəmiyyətlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, ölkəmiz keyfiyyətcə yeni olan strateji inkişaf mərkəzinə daxil olub:

“Kiçik və orta sahibkarlığın əhatə dairəsinin genişləndirilməsi, yeni daha səmərəli və ünvanlı dəstək mexanizminin yaradılması ilə ölkədə biznes mühitinin inkişafı daha da sürətlənəcək. Hazırda Agentliyimiz tərəfindən kiçik və orta sahibkarlığa dövlət dəstəyi, ticarət şəbəkələrinə çıxış və müxtəlif maliyyə dəstək tədbirləri təklif olunur. Qanun layihəsinin hazırlanması da belə dəstəklərdən biridir. Qanun layihəsi ilə bağlı Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertlərinin rəyi də nəzərə alınıb, qanun layihəsi beynəlxalq təcrübədən bəhrələnərək hazırlanıb. Qanun layihəsi kiçik və orta sahibkarlığın inkişafı üçün bu sahədə pərakəndəliyi aradan qaldırmaq məqsədini daşıyır. Qanunun tətbiqi rəqabətqabiliyyətli biznes mühitini gücləndirməklə investisiya cəlbediciliyininin və ən əsası gələcəkdə məşğulluğun daha da artmasına təkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR