Ötən il Azərbaycana gətirilən kassa aparatlarının idxal qiyməti 25% azalıb

Ötən il Azərbaycana gətirilən kassa aparatlarının idxal qiyməti 25% azalıb
# 09 mart 2023 12:52 (UTC +04:00)

2022-ci ildə Azərbaycana 11 mln. 749 min dollar dəyərində 64 min 27 ədəd kassa aparatı gətirilib.

APA-Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci illə müqayisədə bu göstəricinin həcmi say baxımından 40% və ya 18 min 501 ədəd, məbləğ baxımından isə 6% və ya 673.3 min dollar artıb. 2021-ci ildə Azərbaycana 11 mln. 75 min dollar dəyərində 45 min 526 ədəd kassa aparatı gətirilib.

Qeyd edək ki, ötən il Azərbaycana gətirilən kassa aparatlarının bir ədədinin idxal qiyməti 2021-ci illə müqayisədə 25% azalaraq 183.5 dollara bərabər olub.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycandan 38,45 min dollar dəyərində 72 ədəd kassa aparatları ixrac edilib.

Şükran Məmmədov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR