Ötən il dövlət satınalmaları üzrə ümumi məbləğ 6779,2 mln. manat təşkil edib

Ötən il dövlət satınalmaları üzrə ümumi məbləğ 6779,2 mln. manat təşkil edib
# 31 yanvar 2023 11:38 (UTC +04:00)

2022-ci ildə dövlət satınalmaları üzrə ümumi satınalmanın məbləği 6779,2 mln. manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli qurumun illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

“Bu satınalmaların 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Sevindirici hal budur ki, ötən il müsabiqə əsaslı satınalmaların payı 70,1% artıb ki, bu da 4500,8 mln. manat edib”, - deyə Məmməd Abbasbəyli əlavə edib.

Xidmət rəisi onu da bildirib ki, satınalmalarla bağlı qanunvericilikdə müəyyən boşluqlar var.

“Bu, bu gün dövlət qurumlarında kifayət qədər peşəkar təchizatçıların olmaması və digər elementlərlə bağlıdır. Bu ilin əvvəlində dövlət satınalmalar haqqında hazırlanan yeni qanun layihəsi bütün aidiyyatı qurumlarla razılaşdırıldıqdan sonra hökumətə təqdim olunub. Satınalmaların hamısı elektronlaşdırılacaq”, - deyə Məmməd Abbasbəyli vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR