Ötən il Sahibkarlığın İnkişafı Fondu 145 mln. manatdan çox kredit ayırıb

Ötən il Sahibkarlığın İnkişafı Fondu 145 mln. manatdan çox kredit ayırıb
# 25 yanvar 2023 14:32 (UTC +04:00)

2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 mln. manat kredit verilməsi nəzərdə tutulsa da, ayrılan kreditlərin məbləği 145,9 mln. manat olub.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, bununla da proqnoz 104% icra olunub.

"Verilmiş kreditlərin 71%-i, 104,2 milyon manatı kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Verilən kreditlərin 70%-i regionların payına düşür",- deyə Osman Xaliyev əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR