Özəl sektorda rəsmiləşdirilən əmək müqavilələrinin sayı artıb

Özəl sektorda rəsmiləşdirilən əmək müqavilələrinin sayı artıb
# 16 yanvar 2023 12:48 (UTC +04:00)

Əmək münasibətlərinin rəsmiləşdirilməsini təmin edən mexanizmlərin təkmilləşdirilməsi və stimullaşdırıcı tədbirlər nəticəsində 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 344 min 394 vahid artaraq bu ilin 1 yanvar tarixinə 1 mln. 746 min 309 təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat paylaşıb.

“Qeyri-dövlət sektorunda bu göstərici 291 min 435 vahid artaraq 831 min 357 olub”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR