Özəl tibbi xidmət göstərən fiziki şəxslərdən kassa qəbzi tələb olunacaq

Özəl tibbi xidmət göstərən fiziki şəxslərdən kassa qəbzi tələb olunacaq
# 17 yanvar 2023 11:59 (UTC +04:00)

Özəl tibbi xidmət göstərən fiziki şəxslərdən kassa qəbzi tələb olunacaq.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, yenilik 2023-cü il üçün Vergi Məcəlləsində dəyişikliklərdə öz əksini tapıb.

"Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən, tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə pul hesablaşmaları nəzarət-kassa aparatları vasitəsilə aparılmalıdır. Tibb fəaliyyəti sahəsində vergidən yayınmanın miqyasının azaldılması, gəlirlərin leqallaşdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə, tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə də pul hesablaşmalarının nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi müəyyən edilib. Həmin şəxslər tərəfindən verilən çeklər əsasında ödənilmiş ƏDV-nin bir hissəsi tibb xidmətlərinin istehlakçılarına geri qaytarılacaq"- deyə Xidmətin şərhində bildirilib.

Həmçinin o da qeyd edilib ki, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərini pozmaqla tibbi xidmətlərin dəyərini müəyyən olunmuş limitdən artıq nağd qaydada qəbul edən özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə maliyyə sanksiyaları tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR