Pandemiya dövründə iqtisadiyyatın inkişafını şərtləndirən 3 amil açıqlanıb

Sahib Məmmədov

© APA | Sahib Məmmədov

# 25 yanvar 2022 12:00 (UTC +04:00)

“Bu gün aktual mövzu sahibkarlığın inkişafıdır. Bu gün islahatlar qlobal çağırışlara uyğun həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Yeni Azərbaycan Partiyası və Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən təşkil olunan “Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfransda deyib.

O bildirib ki, inklüziv inkişafın təməl prinsiplərinə əməl olunması ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ana xəttidir: “Əksər ölkələrdə iqtisadiyyatda tənəzzül baş versə də, Azərbaycan iqtisadiyyatında artım baş verdi. Bunun səbəbləri məcburi məhdudiyyətlərin asanlaşdırılması, peyvəndləmə, sahibkarlara dəstək proqramı olub. Yeni iqtisadi şəraitə uyğun olaraq həyata keçirilən islahatlar, kölgə iqtisadiyyatı ilə mübarizədə həyata keçirilən tədbirlər və digər beynəlxalq təcrübədə təsdiqini tapmış mexanizmlər nəticəsində Azərbaycanda sahibkarlar ordusu formalaşıb. Bu gün Qarabağda quruculuq prosesi gedir. Bu gün bu iqtisadi potensial olmasaydı, bu proses çox çətin olardı. Özəl sektorun quruculuq prosesinə cəlb edilməsi bu işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır. Bu gün ölkəmizdə sənayeləşmə prosesi gedir, bu, bölgələrin inkişafında mühüm rol oynayacaq. Bu istiqamətdə işlər davam etdiriləcək. Təşəbbüskar qadın sahibkarlarımız müraciət etsə, onların layihələri dəyərləndiriləcək və müvafiq dəstək göstəriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR