Pandemiyadan zərər çəkən sahibkarlara 34,3 mln. manat subsidiya ödənilib

Pandemiyadan zərər çəkən sahibkarlara 34,3 mln. manat subsidiya ödənilib
# 26 sentyabr 2022 12:18 (UTC +04:00)

2020-ci ilin iyun ayından bu il sentyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkən sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.

APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, zəmanət verilən kreditlər üzrə sahibkarlara 34,3 mln. manat subsidiya ödənilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR