Parlamentdə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Milli Məclis

© APA | Milli Məclis

# 28 oktyabr 2022 11:05 (UTC +04:00)

Milli Məclisə “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsi daxil olub.

APA-nın xəbərinə görə, qanun layihəsi bu gün parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq.

Qanun layihəsi 8 fəsil, 40 maddədən ibarətdir. Bu qanun qəbul edildikdən sonra dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək. Eyni zamanda dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətləri tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarının müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının ərazisində dövlət xidmətlərinin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi üçün infrastrukturun yaradılması və idarə edilməsi ilə bağlı dövlət-özəl tərəfdaşlığı layihələrinin icrasında dövlət, səlahiyyətli orqan, dövlət tərəfdaşı və özəl tərəfdaş, habelə iddiaçı arasında yaranan münasibətləri tənzimləyəcək.

Ələt azad iqtisadi zonasında dövlət-özəl tərəfdaşlığı sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR