PAŞA Sığorta və PAŞA Holdingin birgə təşəbbüsü ilə şəhid ailələri ziyarət olunub

PAŞA Sığorta və PAŞA Holdingin birgə təşəbbüsü ilə şəhid ailələri ziyarət olunub
# 17 noyabr 2022 16:07 (UTC +04:00)

PAŞA Sığortanın təşəbbüsü və PAŞA Holdinqin dəstəyi ilə “Şəhidlərimiz naminə çıxdığımız bu yola sən də qoşul” şüarı altında şəhid ailələrinə ziyarətlər həyata keçirilib, ehsan süfrələri açılıb.

PAŞA Qrup əməkdaşları iki istiqamətdə bu tədbirin bir parçasına çevriliblər. Bir qrup əməkdaş bir araya gələrək şəhid ailələri üçün ehsan payı hazırlayıb və hazırlanmış bu paylar ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış 77 şəhid ailəsinə paylanılıb.

Digər qrup əməkdaşlar isə Gəncə və Lənkəran bölgələrinə üz tutaraq şəhidlərimizin xatirəsinə ehsan süfrələri təşkil ediblər. Ehsan süfrəsinə 500-dən artıq şəhər sakini qatılıb.

Daha sonra PAŞA Sığorta və PAŞA Holding şirkətinin əməkdaşları Mingəçevir Şəhidlər Xiyabanı ziyarət ediblər.

Qeyd etmək istərdik ki, hazırda qeyri-həyat sığorta bazarının lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan "PAŞA Sığorta" 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR