Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7,1 faiz artaraq 2 860,2 mln. manat olub.
Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, hüquqi şəxslər tərəfindən əhaliyə 2 662,4 mln. manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 93,1 faizini təşkil edib.