Paytaxtda ictimai iaşə dövriyyəsi kəskin artıb

Paytaxtda ictimai iaşə dövriyyəsi kəskin artıb
# 09 avqust 2022 13:02 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 faiz artaraq 13005,5 milyon manat olub.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 faiz azalaraq 5 226,0 milyon manata bərabər olub.

“İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, 2022-ci ilin yanvar-iyun aylarında paytaxtda ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 62,3 faiz artaraq 438,1 milyon manat olub. Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 279,6 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 63,8 faizini təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR