Perm şirkətləri Ələt Azad İqtisadi Zonasına cəlb olunur

Perm şirkətləri Ələt Azad İqtisadi Zonasına cəlb olunur
# 02 iyun 2022 17:32 (UTC +04:00)

İqtisadiyyat Nazirliyində Rusiya Federasiyasının Perm vilayətinin qubernatoru Dmitri Maxonin ilə görüş keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Perm vilayəti arasında ticarət əlaqələri, “Made in Azerbijan” brendli məhsulların Perm vilayətində keçirilən sərgilərdə tanıdılması, Perm şirkətlərinin Azərbaycanın sənaye parklarına və aqroparklara, eləcə də Ələt Azad İqtisadi Zonasına cəlb olunması, maşınqayırma, kimya və neft kimyası sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR