Pirallahıda şəkəri təyin edən cihaz və striplər istehsal ediləcək

Pirallahıda şəkəri təyin edən cihaz və striplər istehsal ediləcək
# 20 aprel 2022 12:33 (UTC +04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplər istehsal ediləcək. Sənaye Parkından “APA-Economics”ə verilən məlumata görə, istehsal “Medtest” MMC tərəfindən təşkil olunacaq. Müəssisəyə artıq rezident statusu verilib.
Layihənin investisiya dəyəri 2,75 mln. manatdır və bunun da 82%-i təsisçi, 18%-i Azərbaycan İnvestisiya Şirkətinin vəsaiti hesabına formalaşdırılacaq.
İstehsal olunacaq məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Müəssisədə 20 nəfərin daimi işlə təmin edilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR