Plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb

Plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb
# 01 iyun 2022 11:16 (UTC +04:00)

Azərbaycanda polietilen və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istifadəsi və satışı ilə bağlı müzakirələr aparılıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iri ticarət şəbəkələrinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə qalınlığı 15 mikrona qədər olan polietilen torbalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qab-qacaq (qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların) məhsullarının ticarət şəbəkələrində satılmasının qadağan olunması barədə qanunvericiliyin tələbləri barədə ətraflı məlumat verilib.

Qeyd edilib ki, belə məhsullar ətraf mühitə və insan sağlamlığına ziyan vurmaqla yanaşı, təkrar emala yararlı deyil.

Görüşdə həmçinin qalınlığı 15-50 mikron olan polietilen torbaların istehlakçılara ayrıca məhsul növü kimi təqdim edilməsi və satış qiyməti barədə əvvəlcədən məlumatın verilməsinin vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR