Qafqaz və Mərkəzi Asiyadakı startaplar üçün görüş keçiriləcək

Qafqaz və Mərkəzi Asiyadakı startaplar üçün görüş keçiriləcək
# 07 iyun 2021 16:46 (UTC +04:00)

Beynəlxalq Telekommunikasiya İttifaqı, Mərkəzi Avrasiya Startap platforması və “İT Park Özbəkistan”ın təşəbbüsü ilə 24 iyun tarixində Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən startaplar üçün “Venture Day” onlayn görüş təşkil olunacaq.

İnnovasiya Agentliyindən "APA-Economics"ə verilən məlumata görə, bu platforma regionun ən dinamik işgüzar müstəvisi olmaqla startap və investor icmasını bir araya gətirəcək.

Startaplar özlərinin ən innovativ təkliflərini Qafqaz və Mərkəzi Asiyada fəaliyyət göstərən potensial investorlara təqdim etmək imkanı əldə edəcəklər.

Region üzrə seçilən ən yaxşı 20 startap tədbirdə təqdimatlarını keçirərək, investorlarla birbaşa əlaqə qura biləcəklər.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR