Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələri 55% artıb

Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələri 55% artıb
# 14 mart 2023 16:05 (UTC +04:00)

Dörd ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti nəticəsində bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 352,1 min və ya 25,1% artıb.

APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu say cari ilin mart ayının 1-nə 1 mln. 754 min olub.

Dövlət Vergi Xidməti tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflığın təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsi olaraq, qeyri-neft sektorunun özəl bölməsində həmin göstərici 296,8 min və ya 55% artaraq 836,7 min təşkil edib.

Cari ilin fevral ayında qeyri-neft özəl sektorunda aktiv əmək müqavilələrinin sayında 10,4 min artım müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR