“RE-TAŞ Ceramic” Keramoqranit dizayn yarışmasının final mərhələsi keçirilib - FOTO

“RE-TAŞ Ceramic” Keramoqranit dizayn yarışmasının final mərhələsi keçirilib - FOTO
# 26 may 2023 09:50 (UTC +04:00)

25 may tarixində “RE-TAŞ” inşaat marketdə “RE-TAŞ Ceramic” Keramoqranit dizayn yarışmasının final mərhələsi keçirildi. 15 fevral tarixində start götürən yarışmaya maraq gözlənildiyindən də böyük oldu. “RE-TAŞ” keramoqranit məhsullarından istifadə etməklə dizayn həlli tərtib edən iştirakçılar öz işləri ilə əvvəlcə yarımfinal mərhələsində mübarizə apardılar. Nəticədə münsiflər heyətinin seçimi ilə 10 iştirakçı öz dizayn həlli ilə finala vəsiqə qazandı. Bu gün isə, həmin finalçılar arasından qaliblər seçildi. Yarışmanın münsiflər heyəti aparıcı Universitetlərin professional mütəxəssislərindən ibarət idi. Finalçıların hər biri diplom və dəyərli hədiyyələrlə mükafatlandırıldı.

Qeyd edək ki, “RE-TAŞ” Ceramic məhsulu Azərbaycanın ilk yerli keramoqranit istehsalçısı olan “NB Ceramic” zavodunun brendidir. Brendin inşaat bazarına yeni daxil olsa da artıq geniş əhali kütləsinin və mütəxəssislərin müsbət rəyini almışdır. “RE-TAŞ” brendinin rəsmi təmsilçisi olan “RE-TAŞ” inşaat marketdə keramoqranit məhsulları ilə yanaşı aparıcı inşaat materialları markaları da geniş əhali kütləsinə təqdim edilir. Bunlara misal olaraq “Corella” markalı inşaat boyaları, “Azpol” markalı sənaye və mebel boyaları, sement və gips əsaslı quru inşaat qarışıqlar, həmçinin müxtəlif növ inşaat xırdavatlarını göstərmək olar. “RE-TAŞ” inşaat market öz sahəsində lider olan bir çox yerli və beynəlxalq brendlərin rəsmi təmsilçisidir. “RE-TAŞ” inşaat market sərfəli qiymətə uyğun inşaat həllərinin təqdim edildiyi unikal bir məkandır.

Ünvanlar:

“RE-TAŞ” 1 – Azadlıq prospekti 163

“RE-TAŞ” 2 – Gala Shopping Village 7 saylı mağaza

Əlaqə *5111

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR