“Renessans Palace” “ Mənim evim, … mənim Vətənimdir” konserti ilə sakinlərini ətrafına yığdı  - VİDEO

“Renessans Palace” “ Mənim evim, … mənim Vətənimdir” konserti ilə sakinlərini ətrafına yığdı  - VİDEO
# 24 sentyabr 2019 11:04 (UTC +04:00)

“Renessans Palace” Premium Yaşayış Kompleksi möhtəşəm “Mənim evim, … mənim Vətənimdir” tədbiri ilə sakinlərinin ixtiyarına verilib.

Kompleksin geniş həyətində keçirilən konsertdə Azərbaycanın ziyalıları, tanınmış memarları, media və mədəniyyət təmsilçiləri iştirak edərək “Renessans Palace”ın memari özəllikləri, şəhərə qatdığı əlavə gözəllik barədə müsbət fikirlərini bildiriblər.

“Renessans Palace”ın müəllifi “AS Qrup”-un təsisçisi Şahin Mövsümov “Mənim evim, … mənim Vətənimdir”-də göstərilən üç nöqtədə nəzərdə tutulanları açıqlayıb: “Mənim evim, küçələr, yollar, həyət, insanlar, parklar və s.-dən ibarət olan ətrafla birlikdə mənim Vətənimdir. Və bunların daima qayğısına qalmaq hər bir vətəndaşın borcudur”
O qeyd edib ki, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyevanın apardıqları uğurlu sosial-siyasət nəticəsində Azərbaycan regionda hər sahədə lider mövqedədir. Təsisçi sakinlərlə qonaqları bu siyasəti dəstəkləməyə çağırıb.

Tədbirdə həmçinin “AS Qrup” şirkətinin Tbilisi prospektində ilin sonunda inşa ediləcək Luks layihəsi təqdim olunub, satışlara start verildiyi bildirilib. Layihə klub evi olaraq cəmi 55 mənzildən ibarət olacaq.

“Renessans Palace”-ın həyətində tədbirə özəl Azərbaycanın müxtəlif tarixi dövrlərini əks etdirən ekspozisiya və dekorasiyalar quraşdırılıb, “Mənim şəhərim” mövzusunda çəkilən rəsm əsərləri nümayiş etdirilib. Tədbirdə həmçinin peşəkar rəssam Nərminə Vəliyevanın rəsm əsərləri əsasında tikilən, Azərbaycanın tarixi abidələrini əks etdirən geyimlərdə müxtəlif yaşlarda uşaqların dəfiləsi də qonaqların xüsusi marağına səbəb olub.

Bir neçə saat davam edən konsert möhtəşəm atəşfəşanlıqla tamamlanıb.

Premium seqmentin keyfiyyət, infrastruktur, xidmət və digər bütün tələblərinə riayət olunmaqla inşa olunan “Renessans Palace” dörd korpus, 20 blok, 1050 mənzildən ibarətdir. Mənzillərin hündürlüyü standart ölçülərdən (3 metr) daha artıq – 3.35 metrdir. Binaların hər mərtəbəsində mənzil sayı maksimum 4-dür. Hər blokda 3 ədəd “Mitsubishi” markalı sürətli liftlər quraşdırılıb.

Çöl divarlar termobloklarla tikildiyindən evlər yayda sərin, qışda isə isti qalır. Bu isə 40% enerjiyə qənaət etməkdir. Pəncərələr izosistemli, 4 kameralı olduğundan Bakı küləyinin səsini və soyuğu içəri buraxmır.

Kompleksin ilk 2 mərtəbəsində fəaliyyət göstərəcək iaşə obyektləri isə (restoran, kafelər, fitnes zal, uşaq bağçası, gözəllik salonu, sağlamlıq mərkəzi və s.) sakinlərin rahatlığına xidmət göstərəcək. 3 hektar ərazini əhatələndirən yaşayış kompleksinin 1,5 hektar hissəsi sakinlər üçün meşətipli, qapalı parkdır.

“Renessans Palace” 120 yerüstü, 1550 yeraltı avtomobil parkinq yeri ilə həm də paytaxtın ən iri avto-parkinqinə sahib yaşayış kompleksidir.

Sentyabrdan etibarən premium mənzildə yaşamaq istəyən digər şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər: 0125382977 və 0507158888.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR