Rıza Tuna Turagay: "Azərbaycanla yük daşımalarında BTQ-nin payı azdır"

Rıza Tuna Turagay: "Azərbaycanla yük daşımalarında BTQ-nin payı azdır"
# 18 avqust 2022 13:42 (UTC +04:00)

Türkiyə ilə Azərbaycan arasında yükdaşımalarının 80%-i avtomobil nəqliyyatı ilə aparılır. Bakı-Tbilisi-Qars dəmiryolu ilə daşımaların payı azdır.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Türkiyə, Azərbaycan və Gürcüstan hökumətləri arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin iclası və imzalanma mərasimində Türkiyə Respublikasının ticarət nazirinin müavini, Gömrük İdarəsinin rəhbəri Rıza Tuna Turagay deyib.

O qeyd edib ki, hazırda Qarsdan Bakıya dəmiryolu ilə yüklərin daşınması 70 saata həyata keçirilir. Bu isə daşımaların operativləşdirilməli olduğu və bu istiqamətdə işlərin davam etdirilməli olduğunu deməyə əsas verir.

Rıza Tuna Turagay əlavə edib ki, dəmiryolu ilə daşımaların xərci həm azdır, həm də rəqabətə davamlıdır. Eyni zamanda bu orta dəhlizdə limanlarla daşımaların artmasına və onların inkişafına təkan ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR