Rusiya araq istehsalını artırıb

Rusiya araq istehsalını artırıb
# 15 yanvar 2022 14:15 (UTC +04:00)

2021-ci ildə Rusiyada 80,93 mln. dekalitr araq istehsal edilib ki, bu da illik ifadədə 1,9% çoxdur.

"APA-Economics" Rusiya İstehlakçıların Hüquqlarını Müdafiə Milli Birliyinin məlumatına istinadən xəbər verir ki, dekabrda araq istehsalı 17,9% artaraq 9,3 mln. dekalitr təşkil edib.

Konyak müəssisələri il ərzində 7,98 mln. dekalitr (-2,4%), dekabrda isə 0,85 mln. dekalitr (+8,5%) məhsul istehsal ediblər.

Ümumilikdə, 2021-ci ildə tündlüyü 9 dərəcədən yuxarı olan spirtli içkilərin istehsalı 106,4 mln. dekalitr (+4,2%), dekabrda isə 12,02 mln. dekalitr (+16,7%) təşkil edib.

Eyni zamanda, şərab məhsullarının istehsalı il ərzində 14,3% azalaraq 60,27 mln. dekalitr, dekabrda isə 7,2% azalaraq 5,83 mln. dekalitr olub.

Şampan və köpüklü şərablar 2021-ci ildə 12,91 mln. dekalitr həcmində istehsal edilib ki, bu da bir il əvvəlkindən 2,5% azdır. Ümumi azalma dekabrda 11,6% artımı (1,65 mln. dekalitr) kompensasiya edə bilməyib.

2021-ci ildə sözügedən növ şərab istehsalı 3,6% azalaraq 29,81 mln. dekalitr, dekabrda isə 17,3% artaraq 2,56 mln. dekalitr olub. 2021-ci ildə 10,93 mln. dekalitr meyvə şərabı (-26,3%), dekabrda isə 1,15 mln. dekalitr (-22,8%) istehsal edilib.

Ümumilikdə, 2021-ci ildə alkoqollu məhsulların istehsalı 181,79 mln. dekalitr təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 0,1% azdır. Dekabrda istehsal 12,7% artaraq 19,69 mln. dekalitrə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR