Rusiya ilə Azərbaycan arasında bütün ticarətin 30%-i rublla aparılır

Rusiya ilə Azərbaycan arasında bütün ticarətin 30%-i rublla aparılır
# 25 aprel 2022 12:21 (UTC +04:00)

Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla aparılır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin dördüncü MDB departamentinin rəhbəri Denis Qonçar RİA Novosti-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturası xarici mənfi amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır.

“Dünya iqtisadiyyatında Qərbin faktiki çirkin hərəkətləri ilə bağlı riskləri azaltmaq üçün vaxtında tədbirlər görməyə başladıq. Mövcud ekspert hesablamalarına görə, Rusiya ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30%-i rublla aparılır. Bütövlükdə Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin arxitekturasının özü də xarici mənfi amillərə o qədər də həssas deyil və qeyri-standart vəziyyətlərə tez uyğunlaşır. Bunu koronavirus pandemiyası göstərdi. Belə ki, 2021-ci ildə ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsi COVID dövrünəqədərki göstəriciləri üstələyərək rekord həddə - 3,4 milyard dollar təşkil edib. Rusiya Azərbaycanın aparıcı iqtisadi tərəfdaşları sırasında qalır və Azərbaycan neft məhsullarının idxalçıları arasında birinci yerdədir. Biz mövcud müqavilə sazişlərini həyata keçirməyə və yeni investisiya layihələrini təşviq etməyə davam edəcəyik”, - rusiyalı diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR