Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub

Rusiya ilə iqtisadi əlaqələrin inkişafı istiqamətləri müzakirə olunub
# 05 oktyabr 2022 18:18 (UTC +04:00)

İkinci Xəzər İqtisadi Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov bu ölkənin iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşüb.

İqtisadiyyat Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, tərəflər ticarət əlaqələrinin təşviqi, iqtisadi əməkdaşlıq çərçivəsində klasterlərin yaradılması, Azərbaycan-Rusiya regionlararası forumunun keçirilməsi, iqtisadi zonalar üzrə fəaliyyətin təkmilləşdirilməsi və sərhəd-keçid məntəqələrinin imkanlarının artırılması barədə müzakirələr aparıblar.

Azərbaycanın iqtisadiyyat naziri Rusiya ilə əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, iqtisadi əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması istiqamətində görülən işlər barədə danışıb.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov ölkələrimiz arasında iqtisadi münasibətlərin yüksək səviyyəsini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR