Rusiya şirkəti Azərbaycanda elektrik sayğaclar istehsal edə bilər

Rusiya şirkəti Azərbaycanda elektrik sayğaclar istehsal edə bilər
# 01 iyun 2022 16:33 (UTC +04:00)

Rusiyanın “Milur İS” şirkəti Azərbaycanın sənaye zonasında elektrik sayğaclarının istehsalı layihəsinin həyata keçirilməsində maraqlıdır.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, bu maraq şirkət rəsmiləri tərəfindən Agentliyinin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyevlə keçirilən görüşdə səsləndirilib.

Agentliyin rəsmisi şirkət nümayəndələrinə ölkədə fəaliyyət göstərən sənaye zonaları, burada iş adamları üçün yaradılan şərait, mövcud investisiya imkanları barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR