Rusiyadan Azərbaycana İT mütəxəssislərinin axını var

Rusiyadan Azərbaycana İT mütəxəssislərinin axını var
# 23 may 2022 11:51 (UTC +04:00)

Bu ilin mart-aprel aylarında Rusiyadan çıxarkən geri dönüş bileti almayan menecerlərin sayı kəskin artıb.

APA-Economics” RBC-ya istinadən xəbər verir ki, bu barədə “Aerclub” işgüzar səyahət agentliyinin araşdırmasında bildirilir.

Qeyd olunur ki, istinadən, martda belə biletlərin payı 70%, apreldə isə 47% təşkil edib.

Nəticələr birinci rübdə və 2019, 2021 və 2022-ci ilin aprelində şirkət vasitəsilə həyata keçirilən bir milyondan çox aparılan tranzaksiyaların təhlilinə əsaslanır.

“Fevralın sonundan etibarən İT mütəxəssislərinin böyük axını müşahidə olunur. Ən populyar istiqamətlər qonşu ölkələr olub: Qazaxıstan, Türkiyə, Özbəkistan, İsrail, Ermənistan, Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri. Məsələn, İsraildə yaşayış sahəsinə tələbat 2019-cu il səviyyəsini 73% ötüb. Müraciətlərin əksəriyyəti eyni zamanda İT sahəsinə aid olub”, - araşdırmada qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR