Rusiyalı nazir: "Səhiyyə avadanlıqlarını Azərbaycana ixrac etmək niyyətindəyik"

Rusiyalı nazir: "Səhiyyə avadanlıqlarını Azərbaycana ixrac etmək niyyətindəyik"
  • Clock-gray 11:46
  • calendar-gray 12 Sentyabr 2019

Gələn ilə Azərbaycana konkret sahələr üzrə missiyaların təşkil olunması ilə bağlı təkliflər irəli sürüləcək.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Sverdlovsk vilayətinin Beynəlxalq İqtisadi Əlaqələr naziri Vasili Kozlov deyib.

Onun sözlərinə görə, söhbət ilk növbədə səhiyyə sahəsində təşkil olunacaq missiyalardan gedir.

"Biz səhiyyə avadanlıqlarını Azərbaycana ixrac etmək niyyətindəyik. Qeyd edim ki, Azərbaycanın əlverişli coğrafi yerləşməsi bizə digər ölkələrlə də ticari əlaqələrin qurulmasına imkan yaradır. Gələn il biz həmçinin digər sahələr üzrə də Azərbaycana ixrac missiyalarının təşkil olunacağını düşünürük. Söhbət informasiya texnologiyaları, kimya sənayesi və digər sahələr üzrə missiyaların təşkilindən gedir", - deyə nazir qeyd edib

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date