Rusiyanın daha bir rayonundan Azərbaycana meşə materialları göndərilib

Rusiyanın daha bir rayonundan Azərbaycana meşə materialları göndərilib
# 25 iyul 2022 16:12 (UTC +04:00)

Bu ilin əvvəlindən Rusiyanın Kirov rayonu ərazisindən Azərbaycana göndəriləcək 40,5 min kubmetr meşə materiallarına nəzarət tədbirləri keçirilib.

APA-Economics” Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") yaydığı məlumata istinadən xəbər verir ki, qeyd olunan müddətdə 1,3 min kubmetr ağac, 39,2 min kubmetr taxta materialları ixrac edilib.

İdxal edən ölkənin fitosanitar tələblərinə uyğun olaraq bütün ağaclar laboratoriya nəzarətindən keçib. Laboratoriya müayinəsi karantində zərərli orqanizmlərin olmadığını göstərib.

İxrac edilən hər partiya idxalçı ölkənin fitosanitar tələblərinə cavab verib, taxta-şalban ixracı üçün yükgöndərənlərə 410 fitosanitar sertifikat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR