Şabrandakı gil yatağı satışa çıxarılır

Şabrandakı gil yatağı satışa çıxarılır
# 29 aprel 2022 16:21 (UTC +04:00)

İyunun 1-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, hərracda Şabran rayonunda 1 lot üzrə “Baş Əmirxanlı” gil yatağı satışa çıxarılacaq.

Başlanğıc qiyməti 4500 manat təşkil edən yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 25 may 2022-ci il saat 16:00-a qədər təqdim edilməlidir.
Sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsindən tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR