Sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti qaydası müəyyənləşir

Sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti qaydası müəyyənləşir
# 11 may 2022 18:24 (UTC +04:00)

Sahibkarlara münasibətdə dövlət yanğın nəzarətinin həyata keçirilməsi qaydası müəyyənləşir.

APA xəbər verir ki, bununla bağlı “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik edilir.

Layihəyə əsasən, dövlət yanğın nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

“Texniki təhlükəsizlik haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, sahibkarlara münasibətdə təhlükə potensiallı obyektlərə də dövlət nəzarəti də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək

Qeyd edək ki, sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR